Əl-Qaidə terror təşkilatının məhv edilmiş lideri Üsamə ben Ladenin oğlu Həmzə ABŞ-dan atasının qisasını alacağına söz verib
AranNews-un, “Reuters” agertliyinə istinadən verdiyi məlumata görə, Əl-Qaidə terror təşkilatının məhv edilmiş lideri Üsamə ben Ladenin oğlu Həmzə ABŞ-dan atasının qisasını alacağına söz verib
Həmzə deyib ki, ABŞ Pakistanın Abbottabad şəhərində törətdiyi cinayətə görə cəzalandırılmayacağını düşünürsə, ciddi səhv edir.
O, müsəlmanların sıxışdırılmasının qarşısının alınması üçün ABŞ-a qarşı mübarizənin davam edəcəyini vurğulayıb.