Tarix : 2016 Jul 11
Kod 49604

İŞİD-dən növbəti QƏDDARLIQ: 4 futbolçunun başını kəsdilər

İŞİD terrorçu qruplaşması Suriyanın Rakka şəhər futbol klubunun dörd oyunçusunun başını kəsib.
AranNews, “TASS”-a istinadən xəbər verir ki, bu haqda “Al-Arabia” telekanalı iyulun 10-da məlumat yayıb. İnformasiyaya görə, onların günahı öz şəhərlərinin şərəfini qorumaq üçün yarışlarda iştirak etmələri olub.
Məlumata əsasən, terrorçular 4 gənci Rakkada insanların çox olduğu meydanda, əhalinin gözü qarşısında öldürüblər.
Qeyd edək ki, terrorçu İŞİD qruplaşması Rakkanı özünün “paytaxtı” elan edib. Onlar idmanın bütün növlərini, o cümlədən futbolu yasaqlayıblar. Rakka şəhəri 3 ilə yaxındır terrorçuların nəzarəti altındadır.

  • Yazılıb
  • da (də) 2016 Jul 11
  • Göndərən مدير سايت Aran News