Tarix : 2016 Jul 11
Kod 49605

Kəbənin vəhhabi imamından dəhşətli etiraf:

İŞİD bizimlə eyni ideologiyanı daşıyır, sadəcə biz bu ideologiyanı daha təkmil həyata keçiririk.
Müqəddəs Kəbə evinə Səudiyyə rejimi tərəfindən imam təyin edilmiş vəhhabi şeyxi Adel əl-Kalbani dəhşətli etiraflarla gündəmə gəlib.
AranNews-un “Deyerler.org”-yə istinadən verdiyi xəbərə görə, Dubayın “MBC” telekanalına müsahibə verən keçmiş Kəbə imamı Kalbani bildirib ki, İŞİD terror qruplaşması da onlar kimi sələfi ideologiyasını daşıyır.
“Onlar öz ideologiyalarını bizim kitablarımızdan, bizim öz prinsiplərimizdən götürür. Onları tənqid edənlər bir qayda olaraq onların ideologiyasını tənqid etmir, bu ideologiyanı həyata keçirmə formalarını və hərəkətlərini tənqid edir. Biz onların əsaslandıqları baxışları tənqid etmirik. Biz də eyni ideologiyanı daşıyırıq, sadəcə olaraq bu ideologiyanı daha təkmil formada həyata keçiririk”, - deyə vəhhabi şeyxi etiraf edib.
Vəhhabi şeyxi eyni zamanda etiraf edib ki, əgər İŞİD həyata keçirdiyi edamları daha “humanist” şəkildə həyata keçirsəydi, bu zaman sələfilik ideologiyasına ləkə gəlməzdi: “Onların ideoloji mənbəyi sələfilikdir. Onlar bir neçə jurnalisti edam edəndə konkret fətvalarla davranırdılar. Amma, onlar edamları bir qədər daha insani şəkildə həyata keçirsəydilər, sələfiliyə ləkə gəlməzdi”,  - deyə şeyx Kalbani bildirib.
Qeyd edək ki, sözügedən vəhhabi şeyxi Kəbə imamlığı vəzifəsini daşıyan zaman dəfələrlə açıq ekstremist çıxışlar edərək xüsusən Əhli-beyt (ə) davamçılarının qətlinin icazəli olduğunu bəyan etmişdi.

  • Yazılıb
  • da (də) 2016 Jul 11
  • Göndərən مدير سايت Aran News