Hindistanın Kəşmir və Cammu vilayətlərində müsəlman etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmada 15 nəfər həlak olub, 200-dən çoxu isə yaralanıb.
AranNews-un, məlumatina görə, “Hizbul-Mücahid” qruplaşmasının fəalı Burxan Müzərrəf və daha 2 aktivistin bir neçə gün əvvəl polislə toqquşmada öldürülməsinə etiraz olaraq əhali hökumətə qarşı aksiyalara başlayıb.
Yüzlərlə müsəlman etirazçının polis məntəqələrinə və etnik azlıqların nümayəndəliklərinə hücum etdiyi bildirilir. Hökumət qüvvələri etirazçıların qarşısını almaqda çətinlik çəkib.
Qeyd edək ki, Cammu və Kəşmir vilayətləri müsəlmanların çoxluq təşkil etdiyi ərazilərdir./axar/