Tarix : 2016 Jul 12
Kod 49608

İŞİD işğal etdiyi torpaqların 25%-ni itirib

ABŞ-ın “İHS” analitik araşdırmalar mərkəzi İŞİD-in son 18 ayda İraq və Suriyada zəbt etdiyi ərazilərin dördə birini itirdiyini açıqlayıb.
AranNews, xəbər verir ki, İŞİD-in ərazi itkisinin 12 faizi 2016-cı ildə olub.
2014-cü ildə “xilafət” elan edən İŞİD-in Suriya və İraqda sahib olduğu ərazi 90 min 800 kvadrat kilometr təşkil edib. 2016-cı il 4 iyul tarixinə olan məlumata görə isə, İŞİD-in hazırda əlində qalan ərazisinin 68 min 300 kvadrat kilometrdir.
2015-ci ildə İŞİD Türkiyə-Suriya sərhədində əsas açar şəhər olan Təl-Abyadı, İraqda isə Ramadini itirib.
Mərkəzin analitiki Kolumb Strak hesab edir ki, ərazi itkisi ilə üz-üzə qalan İŞİD İraqda, Suriyada, həmçinin, Avropa da daxil olmaqla dünyanın bir çox bölgəsində şəhərlərə hücum edə bilər. /tashaio.com/
  • Yazılıb
  • da (də) 2016 Jul 12
  • Göndərən مدير سايت Aran News