İranlı mütəxəssislər nüvə texnologiyasından istifadə edərək, bioloji tərkibli dərman preparatı istehsal etməyə nail olublar.
AranNews, xəbər verir ki, Kənd təsərrüfatında istifadəyə malik olan bu dərman preparatı yerli torpaq nümunələrindən hazırlandığı üçün, yerli bitkilər ilə tam uyğunluğa malikdir.bu layihənin icraçılarından olan xanım Racepur layihənin əsas məqsədi barədə bildirib ki, layihədə əsas məqsəd qamma şüalarından istifadə ilə genetik dəyişikliklərə yol açmaq, bununla da istixanalarda istifadə edilən zəhərli kimyəvi maddələrdən istifadəni azaltmaq olub.
Layihənin digər icraçılarından olan xanım Şahbaz bu yeni dərman preparatının insanlar və heyvanlar üçün zərərsiz olduğunu dedi: "Bioloji tərkibə malik olan bu dərman preparatı heyvanlar və insanlar üçün tam təhlükəsizdir. Torpaq və su qaynaqlarının çirklənməsinə də yol açmır. Bəzi hallarda bitki xəstəliklərini 90%-ə qədər nəzarət altına almağa imkan verir. "
İndiyə kimi ölkəyə gətirilən xarici dərman preparatları kənd təsərrüfatı məhsullarına böyük zərər və ziyan yetirirdi.
Mərkəzin elmi işçilərindən olan cənab Əsgəri isə daha zərərsiz bir dərman preparatı hazırlamaq istədiklərini bildirib: "Bizim məqsədimiz yerli torpaqda olan bioloji varlıqlardan istifadə edərək, daha zərərsiz bir vasitənin hazırlanması idi."
Bioloji tərkibli dərman preparatının hazırlanması kənd təsərrüfatı sahəsinə müsbət təsir göstərmiş olacaq.
Nüvə Kənd Təsərrüfatı Araşdırmaları mərkəzinin mütəxəssisi xanım Əfşarməneş isə bu layihənin icra edilməsi ilə xeyli valyutaya qənaətin edildiyini deyir: "Trikoderma daxili məhsul olduğu üçün, xarici nümunələrin gətirilməsi üçün sərf edilən valyutaya qənaət edilmiş olacaq. "
Bu mütəxəssislər ölkədə ilk dəfə olaraq belə bir uğura imza atmaqla yanaşı, bu elmin sirlərini də kəşf etmiş olublar.
Maliyyə resurrsunun təmin ediləcəyi təqdirdə cari ilin sonuna kimi bu yeni dərman preparatının kütləvi istehsalına başlanacağı gözlənilir.