Tarix : 2016 Jul 12
Kod 49610

İran: "Səudiyyənin "münafiqlər"ə dəstəyi axmaqlığın göstəricisidir"

İran Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının keçmiş Kəşfiyyat Xidməti Rəhbərinin Parisdəki İran əleyhinə iclasda iştirakını Ər-Riyad hökumətinin axmaqlığının göstəricisi kimi qiymətləndirib.
AranNews-un verdiyi xəbərə görə, Mənbə Parisdə iflasa uğramış terror təşkilatı "Münafiqlər"in muzdlu aktivistlərdən istifadə edərək aksiya keçirməsi və Səudiyyə şahzadəsi Turki Faysalın keçirilən mərasimdə iştirakına işarə ilə "Taliban" və "Əl-Qaidə"nin atası və sionistlərin tərəfdaşının bu cür mərasimdə iştirakının gözləndiyini qeyd edib.
Çarəsizliyə qapılan terrorçular və hamilərinin bir-birini təsəlli etmək üçün toplanaraq xəyallarından bəhs etdiklərini vurğulayan mənbə İraq və Suriyada olduğu kimi Səudiyyənin bu hadisədə də terrorçuları regiondakı müsəlman ölkələrinə qarşı hədəflərini irəli aparmaq üçün istifadə etdiyini ortaya qoyduqlarını qeyd edib. Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat naziri dünən Parisdə təşkil olunan "Münafiqlər" toplantısına qoşularaq burada çıxış edib.
Terror təşkilatı "Münafiqlər"ə dəstək verən Faysal İranın ərəb ölkələrinin daxili işlərinə qarışdığını iddia edərək, Ər-Riyadın buna mane olacağını irəli sürüb. Faysalın sözlərindən, həmçinin terror təşkilatı "Münafiqlər"in başçısı Məsud Rəcəvinin öldüyü məlum olub. İran dəfələrlə Səudiyyə Ərəbistanının ittihamlarını rədd edib. /Eastnews.org/
  • Yazılıb
  • da (də) 2016 Jul 12
  • Göndərən مدير سايت Aran News