Tarix : 2016 Jul 12
Kod 49612

Nusra Cəbhəsi"nin əsir götürdüyü 55 ASO terrorçusu Türkiyəyə qaçdı

Nursra Cəbhəsi, terror təşkilatının əsir götürdüyü Azad Surya Ordusu-nun üzvü 55 nəfər terrorçu Türkiyəyə qaçıb.
AranNews-un verdiyi xəbərə görə, “Nusra Cəbhəsi” terrorçularının İdlib vilayətinin Əqəb əl-Nəsravi həbsxanasında əsir saxladığı, həmçinin aralarında Əbu Qazi adlı “Azad Suriya Ordusu” komandirinin də olduğu 55 nəfər adı çəkilən həbsxanadan qaçmağa nail olub. 
Həbsxanadan qaçan terrorçuların Türkiyə ərazisinə keçdikləri bildirilir. Qeyd edək ki, ABŞ və Türkiyənin təlim keçdiyi və silah-sursatla təchiz etdiyi “mülayim” müxalifət adlandırdığı ASO terrorçuları bir müddət öncə İŞİD-lə mübarizə adı ilə Türkiyədən Suriyaya keçiblər. Lakin İdlib vilayəti ərazisində bütün silah və texnikanı “Nusra Cəbəsi” terrorçuları əllərindən alaraq 50-dən çox "mülayim müxalifətçi"ni əsir götürmüşdür. 
Həmçinin bəzi ekspertlər ASO-nun İŞİD-lə mübarizə etmək məqsədilə deyil “Nusra Cəbhəsi” terrorçularına silah keçirmək məqsədilə Suriya ərazisinə keçdiyini də dilə gətiriblər. Hazır ki, hadisənin də bu ssenarinin bir parçası olduğunu iddia edirlər. / SANA/
  • Yazılıb
  • da (də) 2016 Jul 12
  • Göndərən مدير سايت Aran News