Myanma müsəlmanları öz milli kimliklərini müdafiə etmək məqsədi ilə geniş miqyaslı etiraz aksiyası keçirib.
AranNews, xəbər verir ki, yüzlərlə müsəlman etirazçı onların Rohingiya müsəlmanları kimi tanınmasını və Buddistlərin müsəlmanlara qoyduqları “Banqallı” adından və digər adlardan istifadə edilməməsini tələb ediblər.
Myanma dövləti ötən ay yeni bir layihə təqdim edib ki, həmin layihəyə əsasən bundan sonra Myanmalı 1 milyon müsəlman “Raxin əyaləti müsəlman qruplar” kimliyi ilə tanınacaq. Bu layihə Myanma milliyyətçilərinin də etirazına səbəb olub. İfratçı millətçilər müsəlmanları “Banqallı” kimliyi ilə tanınmasını tələb ediblər.
Qeyd edək ki, İfratçı buddistlər Rohingiya müsəlmanlarına Banqallı deməklə onların Myanmalı deyil Banqladeşdən gəlmiş mühacirlər olduğunu göstərmək istəyirlər.
Rohingiyanın bir milyon yüz min nəfərlik əhalisinin əksəriyyəti Myanma vətəndaşlığı haqqından məhrumdur və aparteidə bənzər bir şəraitdə yaşayır. Onların yüz qırx min nəfərindən çoxu 2012-ci ildə "Raxine" buddist etnosu ilə qarşıdurmanın ardınca digər məntəqələrə didərgin düşüb. Ondan sonra çoxlu sayda ruhingiyalı İndoneziya, Malayziya və Tailand kimi qonşu ölkələrə mühacirət etməyə səy göstərib.
Heç bir beynəlxalq orqan bu dini azığın qırğını və incidilməsinə önəm vermir və şübhəsiz, yağıntı fəslinin başa çatması ilə minlərlə ruhingiyalı təhlükəli taxta qayıqlarla dənizə üz tutacaq ki, Myanma cəhənnəmindən azad olmuş olsun. /Maide.Az/