İraqa gözlənilməz səfər edən ABŞ müdafiə naziri Vaşinqtonun Mosul əməliyyatına dəstək vermək üçün İraqa 560 əlavə hərbçi göndərəcəyini söyləyib.
AranNews, “BBC”-yə istinadən xəbər verir ki, Eşton Karter Vaşinqtonun Mosul əməliyyatına dəstək vermək üçün İraqa 560 əlavə hərbçi göndərəcəyini söyləyib.
Bağdadda danışıqlar aparan Eşton Karter İraq hökuməti və hərbi rəsmilərlə Mosul əməliyyatını müzakirə etməyə başladıqlarını bildirib və "Mosulun ətrafının mühasirəyə alınıb azad edilməsini müzakirə edirik. Sonra yenidənqurma və tikinti prosesi olacaq", deyib.
İŞİD-dən geri alınan strateji əhəmiyyətə malik Kəyyara hava bazasının koalisiyaya sadiq qoşunlar və ABŞ tərəfindən istifadə ediləcəyini də diqqətə çatdıran Karter "Kəyyaranın ələ keçirilməsinin davamı gələcək. Məqsəd ABŞ-ın maddi-texniki dəstəyinin olması üçün orada maddi-texniki bir mərkəz yaratmaqdır", deyə qeyd edib.