Avropada ilk dəfə olaraq "Müsəlmanların abidələrinin izləri" adlı sərgi təşkil olunacaq.
AranNews-un məlumatına görə, bu sərgi bu gün iyulun 11-də Londonun mərkəzində açılacaq.
Müsəlman irsinin tanıtdırılması sərgisi Bosniya müsəlmanlarının kütləvi qətlin 21-ci ildönümü ilə eyni vaxtda keçirilir. Bu faciə ikinci dünya müharibəsindən sonra Avropanın ən böyük insan faciəsi sayılır.
Sərgi "Bizi unudmayın və Avropa müsəlmanları irsinə ekskursiya" adı altında təşkil olunur.
Sərginin xüsusi şöbəsi Srebrenitsaya həsr olunub, burada bosniyalı rəssamın şəkilləri nümayiş olunacaq.
Sərginin təşkilatçısı görkəmli diktor, fotoqraf Tariq Hüseyn iki onillik ərzində Avropanın müsəlman irsini öyrənib. "İslam tarixi Avropada təxminən 1400 ildir, amma hər halda, Avropanın və bu qitənin mədəni irsi əsasən yəhudilik və xristian sayılır.
Biz ümid edirik ki, bu sərgi sübut edə bilər ki, müsəlmanlar və islam mədəniyyəti Avropada meydana təzəcə çıxmış bir şey deyil və İslam dininin Avropanın inkişafında əməyi var."
Bu mərasimdə çıxış edəcək Litvanın baş müftisi Ramazan Yakub müsəlmanların həyat tarixini izah edəcək. /Maide.Az/