Tarix : 2016 Jul 12
Kod 49620

Gürcüstanda din xadimlərinin toplantısı keçirildi

Toplantıda görülən işlər və görüləcək proqramlar haqda məlumat verilib və ...
Arannews- Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi ölkədə fəaliyyət göstərən din xadimləri ilə ümumi toplantı keçirib. 
Toplantıda görülən işlər və görüləcək proqramlar haqda məlumat verilib,  tənqid və təkliflər dinlənilərək suallar cavablandırılıb.
Din xadimlərinə yarım illik dini təlim, təbliğlərini və axundluq məsuliyyətlərini əks etdirən  “Fəaliyyət anket”ləri  təqdim olunub. Onlar dini fəaliyyətləri haqda verilmiş kağızları doldurub, şəkillər təqdim etməklə öz fəaliyyətləri haqda ətraflı məlumat vermiş olacaqlar. 
Qeyd edək ki, bu ilin ilk toplantısı ilin əvvəlində olmuşdu. Növbəti toplantının sentyabr ayında keçirilməsi nəzərdə tutulur.


  • Yazılıb
  • da (də) 2016 Jul 12
  • Göndərən مدير سايت Aran News