Tarix : 2016 Jul 12
Kod 49622

politoloq: "Rusiyanın Qarabağla bağlı konkret təklifləri var"

Fikrət Sadıqov: "Azərbaycanın öz torpaqlarını azad etməyə tam hüququ var. Moskva rəhbərliyi bunu çox yaxşı dərk edir və o da dəqiqdir ki, Kremldə çox ciddi götür-qoy edilir".
Arannews- Rusiyanın Qarabağla bağlı konkret təklifləri var, ancaq əsas məsələ Azərbaycanın qane olmasıdır. Hesab edirəm ki, Lavrov Bakıya əliboş gəlməyəcək. Ancaq Dağlıq Qarabağın azad olunması planının konturları Putinin Bakıya səfərindən sonra bilinəcək.
Bu sözləri politoloq Fikrət Sadıqov deyib. O, Rusiyanın hazırda Azərbaycan və Ermənistanla paralel işlədiyini deyib:
 “Azərbaycan mərhələli həll planına üstünlük verir və bu o deməkdir ki, rayonlar mərhələli şəkildə Azərbaycana qaytarılmalıdır. Bu, bir nömrəli şərtimizdir. İkincisi, status-kvonun saxlanılması nəinki Azərbaycana, bütövlükdə regiona bir təhlükədir. Vaxt daralır, Ermənistanın çıxış yolu yoxdur. Azərbaycanın öz torpaqlarını azad etməyə tam hüququ var. Moskva rəhbərliyi bunu çox yaxşı dərk edir və o da dəqiqdir ki, Kremldə çox ciddi götür-qoy edilir. Dağlıq Qarabağın azad olunması planının konturları Putinin Bakıya səfərindən sonra bilinəcək. Çox güman ki, Rusiya hazırkı geosiyasi şəraitdə Azərbaycanla münasibətlərin genişlənməsində olan marağını qoruyub saxlayacaq”.



  • Yazılıb
  • da (də) 2016 Jul 12
  • Göndərən مدير سايت Aran News