Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında imzalanmış iki sazişi təsdiqləyib.
Arannews- Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Çərçivə Sazişini təsdiqləyib.
İlham Əliyev 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış sənədin təsdiq olunması ilə bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiq edilib. Həmin sənəd də bu il fevralın 23-də Tehranda imzalanıb.