Tarix : 2016 Jul 12
Kod 49625

Edvard Şarmazanov: "Qarabağ Respublikasının hüquqları Azərbaycan tərəfindən tanınmalıdır"

Ermənistan parlamentinin sədr müavini: "Azərbaycan yalnız Qarabağ Respublikasını tanımaq, Xankəndində səfirlik və konsulluq açmaq yolu ilə öz bayrağını orada dalğalandıra bilər və Başqa seçim yoxdur".
Arannews- Ermənistan parlamentinin sədr müavini Edvard Şarmazanov İrəvanda jurnalistlərə verdiyi müsahibədə deyib: Hökumətin Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanla danışıqların aparılması məsələsində razılığa gələ bilməyəcəyi təqdirdə, İrəvan Madrid prinsipləri əsasında danışıqlar aparmağa hazırdır.
Şarmzanov əlavə edib: Əgər Azərbaycan münaqişənin mərhələli şəkildə həllini istəyərsə, ilk mərhələdə Qarabağ Respublikasının hüquqları Azərbaycan tərəfindən tanınmalıdır.
Şarmazanov jurnalistlər ilə müsahibədə deyib: Azərbaycan yalnız Qarabağ Respublikasını tanımaq, Xankəndində səfirlik və konsulluq açmaq yolu ilə öz bayrağını orada dalğalandıra bilər. Başqa seçim yoxdur.
Madrid prinsipləri Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupu tərəfindən hazırlanıb. Qarabağın ətrafınday erləşən 7 rayonun işğaldan azad edilməsi, Qarabağa müvəqqəti hüquqi statusun verilməsi, Qarabağ ilə Ermənistan arasında dəhlizin yaradılması, Qarabağın hüquqi statusunun təyin edilməsi üçün referendumun keçirilməsi, müharibə didərginlərinin öz yaşadıqları torpaqlara qayıtması və Qarabağda sülhü mühafizə qüvvələrinin yerləşdirilməsi Madrid prinsiplərini təşkil edir.


  • Yazılıb
  • da (də) 2016 Jul 12
  • Göndərən مدير سايت Aran News