Arannews- Azərbaycan Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli qərblilərin Yaxın Şərqdə gərginliyin azalmasını istəmədiklərini bildirib.
M.Rəhimli Səhər kanalının müxbirinə verdiyi müsahibədə deyib: Araşdırmalara əsasən qərblilər xüsusi ilə də Amerika Yaxın Şərqdə toqquşmaların durdurulmasını istəmirlər.
O, Suriya, İraq və digər ölkələrdə müsəlmanların öldürülməsinə habelə, aprel ayında Azərbaycan və Ermənistan arasında çıxan toqquşmalara işarə edərək, deyib: Faktlar bunu deməyə əsas verir ki, qərblilər bu məntəqələrdə toqquşmaların durdurulmasını istəmirlər.