Səudiyyə Ərəbistanın təhlükəsizlik qüvvələri ölkənin tanınmış şiə ruhanisi Şeyx Məhəmməd Həsən Əl-Həbibi həbs edib.
AranNews, xəbər verir ki, Əl-Həbib şənbə günü Ərəbistanın şərqində Səfəvi bölgəsindən olan daha 3 nəfərlə birlikdə həbs olunub. Onun Riyada aparıldığı bildirilir.
Yerli xəbər qaynaqları bildiriblər ki, Ərəbistan rejimi bu ruhanini 4 gündür ki həbs edib lakin indiyədək onun hansı səbəbdən saxlanılması və nədə ittiham olunamsı ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Şeyx Məhəmməd Həsən Əl-Həbib Səudiyyə Ərəbistanın Qətif əyalətində tanınmış ruhanilərdəndir.
O,indiyədək 2012-ci ildə Ərəbistanda başlayan xalq etirazlarını və şəhid Şeyx Baqir Nimrin mövqeyini açıq mövqe sərgiləməklə dəstəkləyib. /Maide.Az/