Rusiya ərazisindəki bazalardan İŞİD-ə aid mövqelərə yüksək partlayış gücünə sahib sursatlarla intensiv hücum təşkil etdiyi bildirilib.
AranNews-un verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada bu gün səhər saatlarında Rusiya ərazisindəki bazalardan havaya qalxan altı uzun mənzilli "Tu-22m3" tipli bombardman təyyarəsinin Suriyanın Palmira bölgəsinin şərqi, Suhana və Əraqdakı İŞİD-ə aid mövqelərə yüksək partlayış gücünə sahib sursatlarla intensiv hücum təşkil etdiyi bildirilib.
Aviazərbənin son bir neçə gün ərzində təyin olunan və müxtəlif kəşfiyyat kanalları tərəfindən təsdiq edilən hədəflərə qarşı keçirildiyi qeyd edilən açıqlamada bombardman təyyarələrinin çoxsaylı terrorçunu öldürdüyü, hərbi avadanlıqları, İŞİD-ə aid böyük bir düşərgə və sursat anbarlarını məhv etdiyi vurğulanıb.
Hücumda üç sursat anbarının, üç tankın, dörd piyada hücumu nəqliyyat vasitəsinin və ağır silah yüklü səkkiz avtomobilin məhv edildiyi açıqlanıb.
Açıqlamada, həmçinin Rusiya bombardman təyyarələrinin Suriyadakı əməliyyatdan sonra Rusiya ərazisindəki bazalarına geri qayıtdığı bildirilib.
Bu arada beynəlxalq koalisiyaya əməliyyat ərəfəsində məlumat verildiyini də qeyd olunub. /Sputnik/