ABŞ ilə İraq Kürd Muxtar Vilayəti İŞİD-in Mosuldan çıxarılmasına dair birlikdə daha genişmiqyaslı əməliyyatların keçirilməsini nəzərdə tutan hərbi protokol imzalanıb.
AranNews-un verdiyi xəbərə görə, Protokol münasibətilə Ərbilin Səlahəddin qəsəbəsindəki prezident iqamətgahında imza mərasimi keçirilib.
Məsud Bərzaninin də iştirak etdiyi mərasimdə sözügedən hərbi protokolu ABŞ adından Müdafiə Nazirliyi Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə məsul şəxs Ellisa Slotkin, İraq Kürd Muxtar Vilayəti adından isə daxili işlər naziri Kərim Sincəri imzalayıb.
Bu arada ötən gün İraqın paytaxtı Bağdadda danışıqlar aparan ABŞ müdafiə naziri Karter İraq Kürd Muxtar Vilayəti başçısı Məsud Bərzani ilə bir telefon danışığı reallaşdırıb. İŞİD-lə müharibə, peşmərgə qüvvələri, koalisiya qüvvələri ilə İraq ordusunun əməkdaşlığın danışıldığı görüşdə Karter ABŞ-ın peşmərgə qüvvələrinə verdiyi dəstəyinin davam edəcəyini deyib. /Eastnews.org/