AİP funksionerləri şəhid Hacı Vaqif Abdullayevin məzarını ziyarət ediblər və...
Arannews- Azərbaycan İslam Partiyası funksionerləri İslam və hicab şəhidi Hacı Vaqif Abdullayevin məzarını ziyarət ediblər.AİP rəhbərliyi şəhadətinin ildönümü münasibətilə Vaqif Abdullayevin ailəsinə, əzizlərinə və yaxınlarına bütün Əhl-Beyt(ə) aşiqlərinə bir daha baş sağlığı verir.
Azərbaycan İslam Partiyası Təşkilat Şöbəsinin sabiq sədri Hacı Vaqifin ölümündən dörd il ötür. Saxta ittihamlarla mühakimə olunaraq on bir il həbs cəzası alan mücahid islamçı 2012-ci ilin 13 iyulunda həbsxana divarları arasında ailəsindən, yaxınlarından xəbərsiz məzlumcasına bu dünyaya vida etdi.