Tarix : 2016 Jul 14
Kod 49639

İran və Azərbaycan iş adamlarının müştərək konfransı keçirilib

Konfrans iştirakçıları qarşılıqlı iqtisadi əməkdaşlıq yollarını araşdıraraq, bu əməkdaşlıqların gücləndirilməsini vurğulayıblar.
Arannews- Bakıda Qərbi Azərbaycan ostanı ilə Azərbaycan Respublikası iş adamlarının müştərək konfransı keçirilib
Azərbaycan Respublikasının ixracat və investisiyanın inkişafı agentliyinin binasında Azərbaycanın sahibkarlar konfederasiyası və ticarət palatasının eləcə də bu ölkənin özəl sektorunun nümayəndələrinin də qatıldığı bu konfransda, Qərbi Azərbaycan ostanının dövlət və özəl sektoru və şirkətlərinin, inşaat, neft-kimya, ərzaq, qablaşdırma, ixracat və idxalat sahələrinin nümayəndələrindən ibarət 40 nəfərlik heyət də iştirak edib.
Konfrans iştirakçıları qarşılıqlı iqtisadi əməkdaşlıq yollarını araşdıraraq, bu əməkdaşlıqların gücləndirilməsini vurğulayıblar.
Qərbi Azərbaycanın ticarət heyəti Naxçıvan Muxtar Respublikası və Bakıya 5 günlük işgüzar səfərə çıxıb.
Bu heyət Azərbaycan Respublikasının müvafiq nümayəndələri ilə görüşlərdən əlavə, Sumqayıt sənaye şəhərciyinə də baxış keçirəcək və Azərbaycan Respublikasının iqtisadi potensiyalları ilə yaxından tanış olacaq.


  • Yazılıb
  • da (də) 2016 Jul 14
  • Göndərən مدير سايت Aran News