Hadi əl-Amiri: Hər kəs iraqlıların öz ölkələrini xilas edə biləcəyini bilməlidir.
AranNews-un verdiyi xəbərə görə, İraq Bədr Hərəkatı baş katibi və Könüllü Xalq Qüvvələrinin yüksək rütbəli komandirlərindən olan Hadi əl-Amiri Amerika müdafiə naziri Eşton Karterin 560 amerikan əsgərinin Mosuldakı İŞİD işğalından azad etmə əməliyyatlarında iştirak etmələri üçün İraqa göndərilməsi haqqında verdiyi açıqlamalara sərt reaksiya göstərib.
Hadi əl-Amiri bağlı yaydığı bəyanatda bu ifadələr işlədib: "Biz Amerika müdafiə nazirinin 560 amerikan əsgərinin Mosuldakı əməliyyatlarda iştirak etmələri haqqında verdiyi açıqlamaları rədd edirik. Hər kəs iraqlıların öz ölkələrini xilas edə biləcəyini bilməlidir. Bici, Fəlluca və Kəyyaranı xilas etdiyimiz kimi Mosulu da azad edəcəyik. Biz Amerika quru qoşunlarının varlığını qətiyyətlə rədd edirik. Çünki İraq xalqı İŞİD-in Amerika ilə əvəzlənməsini rədd edir. Bizim qərarımız belədir: İraq nə İŞİD-in, nə də Amerikanın yeridir".
Xatırladaq ki, bazar ertəsi günü İraqa gözlənilməz səfər edən ABŞ müdafiə naziri Eşton Karter Vaşinqtonun Mosul əməliyyatına dəstək vermək üçün İraqa 560 əlavə hərbçi göndərəcəyini söyləmişdi.