Vəhabi müfti Doktor Əli Əl-Rəbii rəsmi Twitter səhifəsində yayımladığı son nəzəri ilə İslam dünyasında müzakirə obyektinə çevrilib.
AranNews, xəbər verir ki, vəhabi alim Azərbaycanda da sevilən xörəklərdən olan səbzi qovurmasının İranda şiəlik məzhəbinin təbliği üçün önəmli silah olduğunu bildirib. Müftinin bu bəyanatından sonra özlərini müsəlman adlandıran İŞİD təfəkkürlü vəhabilərin səbzi qovurması ilə də müharibəyə başlayacağı gözlənilir.
Bəziləri müftinin bu açıqlamasına səbəb kimi, Əhli-Beyt məclislərində iranlıların çox sevdiyi səbzi qovurmasının ehsan olaraq insanlara paylanmasını göstərib. /SizinYol/