Türkiyə hüquq-mühafizə orqanları xeyli vaxtdır 48 İŞİD-çini rəsmi şəkildə axtarışa verib.
AranNews, Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, axtarışa verilən 48 İŞİD üzvü arasında 1987-ci il təvəllüdlü Məmmədova Ülkər adlı azərbaycanlı qız da var.
Türkiyənin Daxili İşlər Nazirliyi axtarışa verilmiş İŞİD üzvlərinin siyahısını da tərtib edib. Yeni siyahıda axtarışda olan ən çox Türkiyənin Adıyaman, Qaziantep, Adana kimi bölgələrindən olan terrorçulardır. Axtarışa verilmiş İŞİD-çilərin arasında əcnəbi vətəndaşlarla yanaşı, Qazaxıstan və Almaniyadan olan qadın terrorçular da var.
Axtarışa verilmiş İŞİD-çi terrorçuları zərərsizləşdirənə 51 milyon lirə, yəni 25 milyon dollardan çox mükafat təyin edilib. Axtarışda olan İŞİD üzvləri arasında İŞİD-in Türkiyə üzrə əmiri Mustafa Mol, keçmiş əmir İlhami Balı, Dəniz Böyükçələbi, Mustafa Dokumacı və 8 qadın da var.