ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Con Kirbi "Əhraruş Şam" və "Ceyşul İslam"ı terrorçu qruplaşma olaraq tanımadıqlarını açıqlayıb.
AranNews-un verdiyi xəbərə görə, ABŞ-ın Suriya siyasətində hansısa dəyişikliyin olmadığını və bu mövzunun gündəmlərində olmadığını bildirən Con Kirbi, "BMT-nin terrorçu qruplaşma elan etdiyi təşkilatlar atəşkəs razılaşmasından kənarda saxlanılmalıdır", deyə qeyd edib.
ABŞ xarici işlər naziri Con Kerrinin İŞİD və "Nusrə Cəbhəsi"-ndən sonrakı qruplaşmalar sözünün "Əhraruş Şam" və "Ceyşul İslam"a aid olmadığını bildirən Con Kirbi, "Kerrinin sözləri Suriyadakı qarışıq duruma işarədir", şəklində şərh edib.
Qeyd edək ki, İran, Suriya və Rusiya "Ceyşul İslam" və "Əhraruş Şam" təşkilatlarının terrorçu qruplaşma olduğunu və BMT-nin bu istiqamətdə addımlar atmasını dəfələrlə tələb edib. /Sputnik/