Tarix : 2016 Jul 14
Kod 49645

İŞİD-dən daha bir ŞOK QADAĞA

Bu yaxınlarda çanaq antenalardan istifadəni qadağan edən İŞİD terror təşkilatı hər kəsi şoka salan növbəti addım atıb.
AranNews, “Faktinfo.az”-a istindən xəbər verir ki, İŞİD indi də İraqda fəaliyyət göstərən apteklərdə cinsi əlaqə zamanı istifadə olunan qoruyucu vasitələrin, hamiləliyi aradan qaldıran həb və digər dərman preparatlarının satışını qadağan edib.
İŞİD terror təşkilatı İraqda Mosul sakinlərində sözügedən həb və digər dərman preparatlarından istifadə edən, hətta bunu alan və ya satan şəxslərə qarşı edam cəzası tətbiq edir. Əvəzində isə təşkilat cinsi fəaliyyəti artıran dərman preparatlarından istifadəyə icazə verir.
Sakinlərin sözlərinə görə, İŞİD bu İraqda hamilə qadınların sayını artırmağa çalışır:
“Hətta, İŞİD nəzarət etdiyi ərazilərə hamilə qalmaq üçün əcnəbi qadınlar gətirir. Bunun da əsas səbəbi İŞİD-in özü üçün canlı qüvvə hazırlamasıdır”.
Bundan əlavə, İŞİD xarici ölkələrin tanınmış tütün firmalarının məhsullarından istifadəni də qadağan edib.
  • Yazılıb
  • da (də) 2016 Jul 14
  • Göndərən مدير سايت Aran News