ötən şənbə günü Ərəbistan mədəniyyət və informasiya naziri Adil bin Əl-Tərifi Riyazda BBC-nin nümayəndə heyətini qəbul edib.
AranNews, xarici mətbuata istinadən xəbər verir ki, Heyətə Rozita Lütfi başçılıq edib.
Tərəflər həmkarlıq perspektivlərini müzakirə edib, regionda son durumu araşdırıblar. Nazir BBC-nin region üçün xüsusi əhəmiyyətə malik olduğunu, şəbəkənin İranda kürd, bəluç, türkmənlər tərəfindən izləndiyini vurğulayıb.
Nazir deyib: Biz BBC-nin ingilis, fars, ordu dillərində güclü yayımı üçün yeni peyk antenləri qurmağı planlaşdırırıq. 2017-ci ilin sonunadək şəbəkənin 20 dildə yayımı üçün hazırlıq görülür.
BBC heyətinin başçısı Rozita Lütfi Ərəbistan mediası ilə həmkarlıqdan məmnunluğunu bildirib. BBC-nin aparıcı fiqurlarından olan Behruz Afaq Təbrizi deyib ki, Ərəbistanın yetərli maliyyə dəstəyi sayəsində BBC Riyazın maraqları istiqamətində öz tribunasından bir qismini onların istifadəsinə verə bilər.