İsrail rejiminin müdafiə naziri Aviqdor Libermanın Qəzza zolağına nəzarət edən Fələstinin HƏMAS hərəkatının devrilməsi üçün tapşırıq verdiyi iddia olunur.
AranNews-un verdiyi xəbərə görə, Bu iddia ilə israilli analitik, yazar Ben Kasbit çıxış edib.
Ben Kasbit qeyd edib ki, Liberman vəzifəyə gəldiyi gün ilk verdiyi tapşırıq baş verə biləcək hər hansı müharibədə HƏMAS-ı məhv edə biləcək planın hazırlanması barədə olub. "Plan bu günlərdə tam şəkildə hazırlanacaq. Bu plan müharibələrin birində tətbiq olunacaq" deyə Ben Kabit bildirib. /Eastnews.org/