Tarix : 2016 Jul 15
Kod 49650

İtaliyada radikal İslamı cinayət sayan qanun layihəsi parlamentə təqdim edildi

İtaliyada sağçı İtaliyanın Qardaşları partiyası lideri Giorgia Meloni parlamentə radikal panislamizmi cinayət yanan qanun layihəsi təqdim edib.
AranNews, xəbər verir ki, Qanun layihəsində dini ekstremizm əsaslı moizə edənlər və ekstremizmə təşviq edənləri maliyyəyələşdirənlərin 6 ilə qədər həbs cəzasına məhkum edilməsi nəzərdə tutulur. İtaliyanın Qardaşları partiyasına yaxın “Secolo d’Italia” xəbər saytı qanun layihəsinin "Vəhhabi və Sələfi" cərəyanını hədəf aldığını yazıb.
Mətbuat konfransı keçirərək qanun layihəsilə bağlı məlumat verən Giorgia Meloni məqsədlərinin "ifadə və din azadlığını məhdudlaşdırmaq yox, İtaliyada yaşayanların təhlükəsizliyini zəmanət altına almaq" olduğunu deyib. Meloni Banqladeşin paytaxtı Dəkkədə ayın əvvəlində törədilən və doqquz İtaliya vətəndaşının da öldürüldüyü hücumun "pis bir soyuq duş təsiri yaratdığını" söyləyib.
İtaliyanın Qardaşları partiyası qanun layihəsinin ən qısa zamanda parlament gündəminə gətirilməsini təmin etmək üçün imza kampaniyası başlayıb. Kampaniya afişasında bir dinamit rəsmi üzərində "Nifrəti zərərsizləşdir" şüarı və "İslamçı radikalizmin cinayət olmasını dəstəkləmək üçün imza at" sözləri yer alır. /BBC/
  • Yazılıb
  • da (də) 2016 Jul 15
  • Göndərən مدير سايت Aran News