İsrail Müdafiə Nazirliyinin əsgərlərə və diplomatlara “Pokemon Go” oyununu oynamağı təhlükəsizlik səbəbi ilə qadağan etdiyi bildirilib.
AranNews-un verdiyi xəbərə görə, İsrail mətbuatında bu barədə yayılan xəbərlərdə Müdafiə Nazirliyinin və kəşfiyyatının, xüsusilə hərbi bazalarda “Pokemon Go” oyununu oynamağın təhlükəli olduğu, əsgərlərin zərər görəcəyi və məlumatların sıza biləcəyinə dair xəbərdarlıq etdiyi qeyd edilib.
Mətbuatda yer alan xəbərlərdə “Pokemon Go” isterikasının İsrail Xarici İşlər Nazirliyinə və dünyanın dörd bir tərəfindəki səfirliklərinə də çatdığı, İsrail düşmənlərinin oyunu istifadə edərək İsrail səfirliklərinə zərər verməsindən narahatlıq duyulduğu bildirib. /Yediot Ahranot/