Analitik Əniş Nəqqaş Suriya ordusunun terrorçuları Hələb ətrafında mühasirəyə aldığını və bu mühasirənin terrorçular təslim olana qədər davam edəcəyini bildirib.
Əslən Omandan olan Qərbi Asiya eksperti və analitik Əniş Nəqqaş Suriya ordusunun terrorçuları Hələb ətrafında mühasirəyə aldığını və bu mühasirənin terrorçular təslim olana qədər davam edəcəyini bildirib.
AranNews-un verdiyi xəbərə görə, Suriyadakı müharibənin yekunlaşmasından sonra ABŞ və Rusiyanın Suriyanın şimalında hava hücumları reallaşdırmaq üçün razılığa gələ biləcəyini qeyd edən Ənis Nəqqaş "ABŞ hazırda buna müsbət baxmır", deyə vurğulayıb.
Sionist rejimin Suriyadakı müharibədə "Hizbullah"ın təkfirçilərlə döyüşlərdə zəifləyəcəyini düşündüyünü, lakin "Hizbullah"ın daha da gücləndiyi bildirən Ənis Nəqqaş bölgədə tarazlıqların dəyişə biləcəyini qeyd edib. "Hizbullah"ın müdafiə xarakterli deyil, hücum istiqamətli özünü inkişaf etdirdiyini qeyd edən Ənis Nəqqaş şimali Fələstin torpaqlarının İsraildən alına biləcəyini də sözlərinə əlavə edib. /Rasthaber/