Türkiyənin ana müxalifət partiyası olan CHP-nin sədri Kamal Kılıçdaroğlu Fransanın Nitsa şəhərində baş verən terror aktını qınayıb.
AranNews-un verdiyi xəbərə görə, Hadisə ilə bağlı açıqlama verən Kamal Kılıçdaroğlu bildirib ki, "bütün dünya terrorla bağlı ortaq addım atmalıdır. Terror qarşısında strategiya yaratmalıyıq.
Hökumət ciddi şəkildə etdiyi səfləri tapmalıdır".
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Yaxın Şərq siyasətini tənqid edən Kamal Kılıçdaroğlu açıqlamasında vurğulayıb ki, "Bu hökumət Türkiyəni addım-addım terror bataqlığına saldı. Yaxın Şərqdə müharibəni biz yaradırıq. Biz tərəf oluruq. Bu ölkədəki siyasi partiyalardan birinə görə tərəf oluruq".
"Nusra Cəbhəsi" terrorçu qruplaşmasının sabah Türkiyədə terror törədə biləcəyini bildirən Kamal Kılıçdaroğlu, Türkiyənin hökumət problemi olduğunu qeyd edib. /Eastnews.org/