Arannews- Türkiyədə fövqəladə vəziyyət elan olunub.
İstanbul şəhərində küçələrdə izdiham müşahidə olunur. Ankarada isə dövlət binalarının bir çoxu çevrilişə cəhd edənlər tərəfindən alınıb.
Bunun bir qrup hərbçi tərəfindən baş verdiyi deyilir. Hazırda İstanbulun səmasında təyyarələr göründüyü, eyni zamanda atışma səslərinin eşidildiyi bildirilir. Müxbirimiz məlumatına görə, Ankaradı vəziyyət daha da pisdir.
Belə ki, havada qırıcı təyyarələrin olduğu və küçələrdə tankların görüldüyü deyilir. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanalda canlı yayım zamanı çıxış edərkən, xalqı meydanlara səsləyib.