Tarix : 2016 Jul 16
Kod 49658

Türkiyə Silahlı Qüvvələrinin xeyli sayda yüksək rütbəli hərbçisi saxlanılıb

Türkiyə Silahlı Qüvvələrinin xeyli sayda yüksək rütbəli hərbçisi saxlanılıb. Silahlı Qüvvələrin II Ordu Komandanlığına daxil olan birliklərdə də atışma səsləri eşidilir.
Arannews- Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı 754 nəfər saxlanılıb. 
bu barədə rəsmi Anadolu Agentliyi məlumat yayıb. 
Türkiyə agentliklərinin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin xeyli sayda yüksək rütbəli hərbçisi saxlanılıb. Silahlı Qüvvələrin II Ordu Komandanlığına daxil olan birliklərdə də  atışma səsləri eşidilir. 
CNNTürk isə bəzi hərbi birliklərdə əsgərlərin çevrilişçi hərbçilərin rütbə nişanlarını sökdüklərini, onları polisə təhvil derdiklərini bildirib. 
   
***
08:13
Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı 336 nəfər saxlanılıb. bu barədə CNNTürk kanalının canlı yayınında Türkiyənin ədliyyə naziri Bekir Bozdağ deyib.
O bildirib ki, həbs siyahısı genişlənə bilər. 
B. Bozdağ saxlanılanlar arasında yalnız hərbçilərin deyil, başqa vəzifəlilərin də olduğunu qeyd edib.
Ədliyyə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın harda olması barədə məlumatsız olduğunu qeyd edib.  
Hadisələr nəticəsində 60-ə qədər ölü, xeyli sayda yaralı olduğu bildirilir. 

***
06:14
Türkiyənin baş naziri Binali Yıldırım xalqı küçələrdə olmağa çağırıb.
baş nazir indiyə qədər 130-dan çox hərbi rütbəlinin polis və prokurorluq orqanları tərəfindən saxlanıldığını qeyd edib.
O bildirib ki, zərərsizləşdirilən hərbçilər arasında birinin general olduğu barədə də məlumat var.


  • Yazılıb
  • da (də) 2016 Jul 16
  • Göndərən مدير سايت Aran News