Tarix : 2016 Jul 16
Kod 49660

İran rəsmiləri Türkiyədə hərbi çevrilişə reaksiya veriblər

Türkiyə xalqının sabitliyi, demokratiyası və təhlükəsizliyi ən mühüm məsələdir; birlik və ehtiyat zəruridir.
Arannews- İran İslam Respublikasının rəsmiləri Türkiyədə hərbi çevrilişə reaksiya veriblər
İranın Milli Təhlükəsizlik Ali Şurasınn katibi Əli Şəmxani Türkiyə olaylarına reaksiyada deyib: Diqqət və nigaranlıqla Türkiyə hadisələrini nəzarətdə saxlayırıq və bu ölkədə səbatsızlığı xalqın təhlükəsizliyi və dincliyinin pozucusu bilirik.
Şəmxani əlavə edib: Bütün müştərək quru və hava sərhədləri tam nəzarətdədir və bu sahədə əhatəli nəzarət hökm sürür.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Türkiyədə hərbi çevrilişdən sonra öz Twitter səhifəsində yazıb: Türkiyə böhranına görə, dərindən nigaranam; Türkiyə xalqının sabitliyi, demokratiyası və təhlükəsizliyi ən mühüm məsələdir; birlik və ehtiyat zəruridir.
İran İslam Respublikasının təhlükəsizlik naziri də Türkiyədəki hərbi çevrilişə reaksiyada deyib: Diqqətlə Türkiyə hadisələrini izləyirik.
Seyid Mahmud Ələvi əlavə edib: Hərbi, təhlükəsizlik və kəşfiyyat qüvvələri zərurət həddində hazır vəziyyətə gətiriliblər və sərhədlər tam nəzarətdədir.
İranın təhlükəsizlik naziri əlavə edib: Türkyə üçün təhlükəsizlik və sabitlik arzu edirik.


  • Yazılıb
  • da (də) 2016 Jul 16
  • Göndərən مدير سايت Aran News