Tarix : 2016 Jul 16
Kod 49661

İrandan Türkiyəyə olan bütün təyyarə reysləri ləğv edilib

İran və Türkiyə arasındakı uçuşlar dayandırılıb və sərhəd keçidləri bağlanıbdır.
Arannews- Türkiyədə hərbi çevrilişin ardınca İran və Türkiyə arasındakı bütün uçuşlar dayandırılıb və sərhəd keçidləri bağlanıbdır.
Tehranda İmam Xomeyni(r.ə.) adına hava limanının aeroportlar üzrə direktor müavini Kuroş Fəttahi deyib ki, bu hava limanından Türkiyəyə doğru bütün üçuşlar müsafirlərin təhlükəsizliyinin təmini məqsədilə müəyyən müddətədək dayandırılıb.
Fəttahi əlavə edib: Türkiyə istiqamətinə uçuşlar bu ölkənin təhlükəsizlik şəraiti məlum olduqdan sonra aydınlaşacaqdır.
Belə bir halda, İran ilə Türkiyə arasındakı bütün sərhəd keçidləri müəyyən müddətədək bağlanıbdır.
İranın Türkiyə ilə rəsmi sərhədləri sayılan üç sərhəd keçidi- şimalda- Bazərgan, Xoy şəhrestanında- Razi və İranın qərbindəki Urmiyyə şəhrestanındakı Sərv sərhəd keçidləri bu gün, şənbə bağlanıbdır.
Türkiyə hərbçiləri tərəfindən dövlət çevrilişinin edilməsinin ardınca İranın silahlı qüvvələri də iki ölkə arasındakı sərhədlərdə hazır vəziyyətə gətiriliblər.


  • Yazılıb
  • da (də) 2016 Jul 16
  • Göndərən مدير سايت Aran News