Sergey İzvolski: Rusiya vətəndaşlarının ölkəyə gətirilməsi üçün Türkiyəyə təyyarələr göndərəcək.
AranNews-un məlumatina gorə, Bunu Rusiya Federal Aviasiya Agentliyinin sədr müavini Sergey İzvolski deyib.
“Buradakı şirkətlər Türkiyəyə boş təyyarələr göndərəcək. Rusiya vətəndaşları həmin təyyarələr vasitəsilə ölkəyə qayıda bilərlər. Reyslərin tarixini nümayəndəliklərimizdən öyrənə bilərsiniz. Hazırda Türkiyəyə yalnız “Rossiya”, “Aeroflot” və “THY” şirkətlərinə məxsus təyyarələr uçur”, - İzvolski deyib.
Qeyd edək ki, Türkiyədə çevrilişə cəhd zamanı bütün aviareyslərin hərəkəti dayandırılmışdı. /IslamTimes/