Tarix : 2016 Jul 17
Kod 49664

Obamanın sevimli terrorçusu QİÇS-dən ölüb

İran Xalq Mücahidləri Təşkilatının – əslində münafiqlər terrorçu qruplaşmasının baş katibi Məsud Rəcəvi QİÇS xəstəliyindən ölüb.
Paris ətrafında gününü eyş-işrətlə keçirən, cinsi münasibətlərdə çirkaba bulaşan Rəcəvinin QİÇS virusuna yoluxduğu Amerikanın Johns Hopkins University həkimləri tərəfindən aşkarlanıb.
AranNews, SizinYol.com-a istinadən xəbər verir ki, Rəcəvinin ölüm xəbərini ilk dəfə Səudiyyə Ərəbistanın şahzadəsi Türki Əl-Feysəl dilə gətirib.
Əl-Feysəl qruplaşmanın hazırkı rəhbəri Məryəm Rəcəviyə başsağlığı verərkən deyib: Məryəm xanım Rəcəvi! Siz və mərhum əriniz demokratiya və azadlıq qəhrəmanlarısınız…
Fransanın DGSE xəfiyyə təşkilatının məruzələrində Məsud Rəcəvi seksual manyak kimi qeyd olunur. Rəcəvi ilə əlaqədə olan təşkilat üzvü qadınların bir qrupu hazırda Tirana xəstəxanasında müalicə alır.
İslam Respublikasına qarşı təxribatda Səddama sığınan Rəcəvi ABŞ-ın İraqa müdaxiləsindən sonra Ağ Evin qanadı altına girdi.
Obamanın xüsusi diqqətindən bəhrələnən Xalq Mücahidləri bu gün də terrorçu fəaliyyətlərini davam etdirir.
  • Yazılıb
  • da (də) 2016 Jul 17
  • Göndərən مدير سايت Aran News