Tarix : 2016 Jul 17
Kod 49665

Türkiyədə hərbi çevrilişə cəhdin nəticəsi

Turkiyədə hərbi çevrilişə cəhdin əsərində 90 nəfər həlak olub, 1154 nəfər yaralanıb, 1563 nəfər isə saxlanılıb.
AranNews-un “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, Türkiyədə dünən gecə saatlarında hərbi çevrilişə cəhd olunması ölkədə xaos yaradıb. 
Hərbçilər Atatürk hava limanını və dövlət televiziyasının binasını ələ keçiriblər. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. 
Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin verdiyi rəsmi açıqlamada qeyd olunub ki, hərbi çevrilişin nəticəsi olaraq 90 nəfər həlak olub, 1154 nəfər yaralanıb, 1563 nəfər isə saxlanılıb. 
İcazəli olan bütün hakimlər və müstəntiqlər işə çağrılıb.
Ölkədə nəzarət Daxili İşlər Nazirliyindədir.
Qed edək ki, Rəcəb Tayyib Ərdoğan vəziyyət tam şəkildə düzələnə qədər insanların meydanlardan çəkilməməsini istəyib. 

  • Yazılıb
  • da (də) 2016 Jul 17
  • Göndərən مدير سايت Aran News