Ərəbistan şahzadəsi Nəvaf bin Əbdüləziz dostları ilə Egey dənizinin Türkiyə sahillərində əyləncəli günlər keçirib.
AranNews, “SizinYol.com”-a istinadən xəbər verir ki, Şahzadə İngiltərə bayrağı altında üzən Desert Moon əyləncə qayığını 4 günlüyə icarəyə götürərək gəmidə əxlaqsız əyləncələrə məşğul olub.
Qayıqda əyyaşlıq edən musiqiçilər, avropalı manikenlər, rəqqasların fotoları ölkə mətbuatında yayılıb.
Yalıkavak limanında qayıqdan düşən şahzadə dostları ilə bahalı restoranlardan birində olub və qarsonların başına pul səpib. 385 m uzunluğu olan gəminin bir həftəlik icarəsi 1 milyon avrodur.