Tarix : 2016 Jul 17
Kod 49671

Sami Yusif: “Türkiyənin güclü ölkə olmasını istəmirlər”

Alanyada konsert verməyə hazırlaşan sənətçi Türkiyədəki terror hadisələri haqqında fikirlərini ifadə edib.

AranNews, “Publika.az”-a istinadən xəbər verir ki, Britaniyalı müğənni Sami Yusifin dünən Türkiyədə “Barakah” adlı albomunun mətbuat konfransı keçirilib.

Müğənni keçirdiyi mətbuat konfransında bəzi insanların Türkiyənin güclü, inkişaf etmiş bir ölkə olmaması üçün məşğul olduğunu deyib. 
Alanyada konsert verməyə hazırlaşan sənətçi Türkiyədəki terror hadisələri haqqında fikirlərini belə ifadə edib: “Sui-qəsd nəzəriyyəçisi deyiləm, onların kim olduqlarını da bilmirəm, amma bu istiqamətdə iş gedir, belə bir reallıq var. Lakin Allah hər şeydən, hər kəsdən böyükdür”.
"Mənim pulum, malım, mülküm var, buraya yalnız albom satmaq üçün deyil, eyni zamanda mühüm bir mesaj vermək üçün gəlmişəm. Ümid edirəm ki, bu albom varisləri olduğumuz ənənələrin, dəyələrin və mədəniyyətin bir zikri, bir xatırlatması olar. Və dua edirəm ki, keçmişdə nələrin baş verməsindən asılı olmayaraq, ona qulaq asanlar bu müqəddəs musiqidə bir rahatlıq və dinclik taparlar", - deyə müğənni bildirib.
Sami Yusif Fransadakı terror aktı barədə də fikirlərini bölüşüb: O, Pakistanda, Türkiyədə və dünyanın bir çox yerində baş verən terror aktlarının onu çox kədərləndirdiyini deyib: “Günahsızların həyatına son qoyan terror hadisələrinin sona çatmasını arzulayırm”.


  • Yazılıb
  • da (də) 2016 Jul 17
  • Göndərən مدير سايت Aran News