Türkiyədə silahlı çevriliş cəhdində şübhəli bilinərək ümumilikdə 34 general saxlanılıb.
AranNews, Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ali Osman Gürcan, Salih Kırhan, Yunus Kotaman, İsmail Güneşer, Fatih Celaleddin Sağır, Namık Alper, Metin Akkaya, Mustafa Kurutmaz, Mehmet Akyürek, Ahmet Gündoğdu, Suat Murat Semiz, Dursun Pak, Recep Ünal, Murat Soysal, Memduh Hakbilen, Metin Alpcan, Nejat Atilla Demirhan, Hasan Polat, Bekir Ercan Van, Hidayet Arı, Halil İbrahim Yıldız, Tezcan Kızılelma, Mehmed Nuri Başol, Ekrem Çağlar, Mustafa Yılmaz, Bekir Koçak, Cemalettin Doğan, Adnan Arslan, Mehmet Şükrü Eken, Faruk Bal, Yavuz Ekrem Arslan, Arif Settar Afşar, Erdem Kargın, Mehmet Ozan dövlət çevrilişinə cəhddə çübhəli bilinərək həbs edilib.
Türkiyənin cənub-şərqində üçüncü quru qoşunları diviziyasının komandanı, general Halil İbrahim Engin də saxlanılıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Diviziyadan 2 polkovnik və 1 kapitan da həbs edilib. Dənizli qarnizonunun generalı Kamil Azhan Özbakırın da saxlanılanlar arasında olduğu bildirilir.
Təhlükəsizlik qüvvələri Türkiyə Konstitusiya Məhkəməsinin üzvü Alparslan Altanı da həbs ediblər. Polis onun evində axtarış aparıb.
Həmçinin qiyamda iştirakda təqsirləndirilən 3-cü korpus komandiri, general-polkovnik Erdal Öztürk də saxlanılıb.