Tarix : 2016 Jul 17
Kod 49673

Ermənistanda qiyam başladı

Bir qrup silahlı şəxs Ermənistanda polis bölməsinin binasını ələ keçirib.


AranNews
, xəbər verir ki, hadisə paytaxt İrəvan yaxınlığındakı Erebuni rayonunda baş verib. 
Silahlılar qanunsuz silah əldə etməkdə və saxlamaqda ittiham edilərək həbs olunmuş müxalif "Yeni Ermənistan" ictimai təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.
Silahlıların ələ keçirdiyi binanın azad edilməsi məqsədilə əraziyə qoşun göndərilib.
Polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, yaxın vaxtlarda polisi rəsmi bəyanatla çıxış edəcək. 
Hüquq-mühafizə orqanları hadisə zamanı yaralananların olduğunu açıqlayıblar. "Kommersant"ın məlumatına görə isə hücum zamanı bir nəfər ölüb.
Hazırda polis Erebuni rayonuna gedən bütün yolları bağlayıb. /Report/
***
Ermənistan Milli Təhlükəsizlik Xidməti bu gün səhər İrəvanda Ermənistan Polisinin Patrul-mühafizə polkuna hücum olduğu və polkun ərazisində girovlar olduğu barədə məlumat yayıb.
hücum edənlər sosial şəbəkələr vasitəsi ilə qiyam qalxdığı barədə məlumat yayırlar.
Ermənistan Milli Təhlükəsizlik Xidməti əhalini bu məlumatlara inanmamağa çağırıb.
Məlumatda silahlı şəxslərin silahları dinc yolla təhvil verməsi üçün danışıqlar aparıldığı bildirilib.
Qeyd edək ki, Erebunidəki Patrul-mühafizə polkuna hücum edənlər “Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın tərəfdarlarıdır. Onlar J. Sefilyanın azad edilməsini, Ermənistan hakimiyyətinin istefa verməsini tələb edirlər. /APA/
  • Yazılıb
  • da (də) 2016 Jul 17
  • Göndərən مدير سايت Aran News