Ali dini rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri bəyan edib ki, İran Türkiyədə hərbi çevrilişə cəhdi qətiyyətli şəkildə pisləyir və bu çevrilişin əleyhinə çıxış edir.
AranNews, xəbər verir ki, Əli Əkbər Vilayəti qeyd edib ki, İran Türkiyədə demokratik yolla hakimiyyətə gələn höküməti dəstəkləyir və bu höküməti qeyri-qanuni yolla dəyişdirilməsini pisləyir.
"Bizim dost və qonşu dövlətimiz olan Türkiyədə seçkilər keçirilib. Demokratiya və xalqın seçimi ilə hökümət qurulub. Təbii ki, İran bu hərbi çevrilişin əleyhinə çıxış edir.
Türkiyə xalqı öz hökümətini istəyir və bunun üçün onlar küçələrə çıxıb hərbi çevrilişi məğlub etdilər. Türkiyə bizim qardaş və qonşu dövlətimizdir.
Bizim Türkiyə ilə Suriya ilə bağlı mövqeyimizdə fikir ayrılıqlarımız mövcuddur. Biz ümid edirik ki, elə bir gün gələcək ki, Türkiyə də Suriya xalqının rəyinə və seçiminə ehtiram edəcək. Suriya prezidenti Bəşər Əsəddə öz ölkəsində xalqın seçimi ilə hakimiyyətə gəlib.
Əgər Suriya xalqı onu istəməsə idi 5 il ərzində Suriyada baş verən münaqişədə müqavimət göstərməzdi", - deyə Vilayəti qeyd edib.