İran İslam Respublikası prezidenti çevriliş, tank və top dövrünün başa çatdığını deyib.
AranNews-un məlumatina gorə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü ölkənin qərbində yerləşən Kermanşah əyalətində, əhali qarşısında etdiyi çıxışı zamanı Türkiyədəki dövlət çevrilişinə işarə edib və deyib: Hələ də məntəqədə çevriliş yolu ilə qüdrətin ötürülməsinin mümkün olduğuna inananlar var.
Təəssüflər olsun ki, məntəqədə hələ də xalq tərəfindən seçilmiş bir hökuməti tank, top, təyyarə və helikopter ilə devirməyin mümkün olduğunu düşünənlər var.
Ruhani əlavə edib: Regionda uşaq qatili olan bir rejim var. Bu rejim hələ də terrorçuları himayə edir və Yəməndə günahsız insanların başına bomba yağdırır.
İran İslam Respublikası prezidenti əlavə edib: Suriya, İraq, Bəhreyn və Yəməndə mövcud olan böhranlar üçün yeganə həll yolu seçkilərdir.
Həsən Ruhani həmçinin bəzi müdirlərin aylıq məvacibləri ilə bağlı yol verilən qanun pozuntusu haqda da deyib: Dövlət bu kimi qanun pozuntuları ilə mübarizə aparır və bu yolu davam etdirəcək.