AranNews, xəbər verir ki, İran İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib: İranın rəsmi mövqeyi, Türkiyədə çevrilişçilərin hərəkətinin pislənilməsi və bu ölkə xalqının istəyinin dəstəklənməsidir.
IRNA-nın məlumatına görə, Əli Şəmxani bu şuranın Türkiyə olaylarıilə bağlı iclasının sonunda əlavə edib: İclasda Türkiyə hadisələri ətraflı şəkildə araşdırılaraq, İran İslam Respublikasının Türkiyədə çevrilişçilərin hərəkətinin pislənilməsi və bu ölkə xalqının istəyinin dəstəklənməsi üzrə rəsmi mövqeyi vurğulanıb.
Şəmxani siyasi iradənin qəbul etdirilməsi üçün hər cür hərbi hərəkəti pisləyərək, hər cür çevrilişin edilməsini xalqın real istəyilə təzadlı adlandırıb və belə deyib:
Türkiyə hadisələrinin nəticəsini təyin edən xalqın iradəsi və iştirakı, eləcə də siyasi partiyaların sayıqlığıdır ki, öz iştirakları ilə bu çevrilişi nakam qoydular.
İran İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurasının katibi İran sərhədlərinin təhlükəsizliyi barədə də deyib:
Türkiyə ilə qonşuluqda olan İranın şimal-qərb sərhədləri tam təhlükəsizliyə malikdir və müdafiə üçün İranın quru və hava qüvvələrində lazımi hazırlıq da mövcuddur və heç bir nigarançılığa əsas yoxdur.
Əli Şəmxani həmçinin regionun və ətraf mühitin hadisələr və müxtəlif çəkişmələrə məruz qaldığını bildirərək, belə qeyd edib:
İrana hakim kəsilmiş təhlükəsizlik, sabitlik və asayiş şəhidlərin qanları, xüsusən İslam İnqilabının Böyük Rəhbərinin göstərişləri, həmçinin müdafiə və təhlükəsizlik mərkəz və orqanlarının hesabınadır. /aran.irib.ir/