Tarix : 2016 Jul 18
Kod 49677

İŞİD-in Üləmalar Şurasının sədrindən ŞOK açıqlamalar

İŞİD-in Əfqanıstan üzrə əsas simalarından sayılan Əbdürrəhim Mülimdust terror qruplaşmasından ayrılması haqda bəyanat yayaraq, önəmli etiraflar edib.
AranNews-un verdiyi məlumata görə, Əfqanıstanda İŞİD-in yaranmasında əsas rola malik olan Müslimdust bildirib ki, bizə, yəni İŞİD-ə maliyyə dəstəyi əsasən ABŞ və Hindistan tərəfindən olunur. O, belə bir dəstəyin adını çəkmədiyi digər ölkələrin təhlükəsizlik xidmətləri tərəfindən də oldunğunu vurğulayıb:
"Əbu-Bəkr Bəğdadi xilafətin yaranmasını elan edəndə biz çox sevindik. 
İŞİD-ə daxil olan üləmalar və rəhbərlər bizi qane etməyə çalışsalar da biz Hafiz Səid (İŞİD-in Əfqanıstan zürə əsas liderlərindən biri) kimi qəddar birinin nəzarətində olduğumuz bilmirdik.
Sonradan bizə bəlli oldu ki, İŞİD rəhbərliyinə təyin olunan şəxslər məhz xarici kəşfiyyat orqanları tərəfindən seçilir". /FaktXeber/
  • Yazılıb
  • da (də) 2016 Jul 18
  • Göndərən مدير سايت Aran News