Tarix : 2016 Jul 18
Kod 49678

Türkmənlər Azərbaycan bayrağı qaldıraraq İŞİD-ə qarşı döyüşdü

İraqın Kərkük şəhərində İŞİD terrorçu qruplaşmasına qarşı vuruşan Könüllü Xalq Qüvvələrinə (Haşd Şabi) bağlı 16-cı Türkmən Könüllü Briqadası Əmirli ətrafında əməliyyat keçirib.
AranNews-un verdiyi xəbərə görə, Əməliyyatda İŞİD terrorçularına ağır zərbə endirilib. 250 döyüşçünün iştirak etdiyi əməliyyatda Zərgə çayının ətrafı tamamilə nəzarətə alınıb. Əməliyyatda iştirak edən bəzi döyüşçülər Azərbaycan bayraqları və Qarabağ sözü yazılan bayraqlar qaldırıblar. 
Qeyd edək ki, 2 gün əvvəl media vasitəsi ilə müraciət edən 16-cı Türkmən Könüllüləri Briqadası İŞİD-dən sonra Qarabağı azad etmək üçün döyüşə hazır olduqlarını bildirmişdilər. /Milliyet/
  • Yazılıb
  • da (də) 2016 Jul 18
  • Göndərən مدير سايت Aran News