İsrail ordusunda baş xaxamlıq vəzifəsinə ravvin Eyal Karimin namizəd göstərilməsi mübahisələrə səbəb olub.
AranNews-un məlumatına görə, Fələstin Xarici İşlər Nazirliyi Karimin İsrail ordusu baş xaxamlığına namizəd göstərilməsini pisləyib.
Nazirlikdən verilən yazılı açıqlamada bildirilir ki, Karimin namizədliyinin İsraildə vəzifə başına gələn ekstremizm tərəfdarı qrup tərəfindən irəli sürülməsi "yeni əxlaqi çöküşü" əks etdirir və İsrail cəmiyyətində irqçiliyi artıracaq.
Mübahisələr xüsusilə 59 yaşlı Karimin dini dərs zamanı, "İsrail əsgərləri müharibə zamanı yəhudi olmayan qadınlara təcavüz edə bilər" söyləməsindən sonra yaranıb.
İsrail ordu radiosu Baş Qərargah rəisinin bu gün yəhudi xaxam namizədlə toplantı keçirdiyi açıqlayıb.
Digər tərəfdən, İsrailin "Yedioth Ahronoth" qəzeti isə Karim 2003-ci ildə dini məzmunlu bir internet səhifəsində yaralı fələstinlilərə qarşı necə rəftar ediləcəyi haqqında soruşulan suala, "Yaralı terrorçuların öldürülməsi lazımdır. Terrorçulara insan kimi rəftar edilməsi lazım deyil, çünki onlar heyvandır", - şəklində cavab verdiyinə işarə edərək, Karmin əsgərlərin yəhudi şəriəti ilə zidd olan əmrləri yerinə yetirməyə yönəltdiyini yazıb.
Qeyd edək ki, yəhudi xaxam İsrail ordusunun fəaliyyətlərilə bağlı bütün dini məsələlərdə fətva vermə səlahiyyətini əlində saxlayır. /FaktXəbər/