Porno filmlər insanların başlarının kəsilməsini göstərən kadrlarla qonşuluq edir.
AranNews, “RealnieNovosti”-yə istinadən xəbər verir ki, bu iddianı ABŞ hərbi kəşfiyyatının sabiq başçısı, general-leytenant Maykl Flin yeni kitabında irəli sürüb.
Flinn iddia edir ki, cihadçıların 80 faizinin kompüterləri porno filmlərlə doldurulub. Onun sözlərinə görə, porno filmlər insanların başlarının kəsilməsini göstərən kadrlarla qonşuluq edir.
General-leytenantın fikrincə, kəşfiyyat informasiyalarının toplanması və ekstremistlər arasında əlaqə kanallarının kəsilməsi İŞİD-ə qarşı mübarizədə ən təsirli metoddur.
Eyni zamanda Britaniyanın “Daily Mail” nəşri qeyd edir ki, bu İŞİD terrorçularının pornofilmlərə meylli olmaqda ittiham edildiyi ilk hadisə deyil. Ötən ilin yanvarında Londonun keçmiş meri, hazırda Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin başçısı olan Boris Conson bildirib ki, bir sıra terror qruplaşmalarına daxil olan “səfillər” rəfiqə tapa bilmədiyi üçün pornoya baxırlar.
Həmçinin “Daily Mail” xatırladır ki, “Əl-Qaidə”nin mərhum lideri, “dünyanın bir nömrəli terrorçusu” Üsama Bin Laden bu cür filmlərə meylli olub. İddiaya görə, onun Pakistanda gizləndiyi evdə kassetlərin arxivi tapılıb.